İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİON açıqlama: “Ərdoğan Bakıdan Moskvaya siqnallar verdi, Sinan Oğan isə...”

3412 14.06.2023 14:12 Siyasət A A

“Ərdoğanın Azərbaycana səfəri Türkiyənin xarici siyasətinin bəzi əsas məqamlarını işıqlandırmaq məqsədi daşıyırdı”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq araşdırmalar institutunun eksperti Sergey Markedonov deyib.

“Ərdoğan türk xalqlarına, Şimali Kiprə dəstəyini ifadə edib. Bütövlükdə bu, aktiv Avrasiya siyasətidir. Bütün bunlar Ərdoğanın hər kəsə, o cümlədən Moskvaya verdiyi siqnallardır”.

Onun sözlərinə görə, Azərbaycana səfər təkcə xarici siyasətlə bağlı deyil, həm də daxili siyasətlə əlaqədar mühüm əhəmiyyət daşıyıb.

“İlk turda etnik azərbaycanlı olan Sinan Oğan həlledici rol oynadı və 5% topladı. Bu adam Azərbaycanda işləyib, Azərbaycanın təbliğatçısıdır. Türkiyədə 3 milyon azərbaycanlı seçici var, bu isə çox mühüm daxili siyasi faktordur. O, seçicilərinə minnətdar olduğunu nümayiş etdirməli idi”, - deyə Markedonov əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR