İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənətçilər Heydər Əliyevi bu cür andılar - FOTOLAR

656 10.05.2023 15:32 Mədəniyyət A A

Bu gün Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Bu münasibətlə sənət adamları da sosial şəbəkədə paylaşımlar edib. 

Musavat.com onlardan bir neçəsini təqdim edir.

Xalq artisti Afaq Bəşirqızı mərhum prezidentlə fotosunu paylaşaraq, qeyd edib:

"100 yaşın mübarək olsun, Ulu öndər!"

afaq.jpg (211 KB)

Xalq artisti Aygün Kazımova: "Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi - Heydər Əliyevin anadan olmasından 100 il ötür. Dövlət xadimi olmaqla yanaşı, Ulu öndər hər zaman biz sənət adamlarına xüsusi diqqət ayırırdı. Onunla bağlı xatirələrim o qədər çox və özəldir ki, yazmaqla bitməz. Ümummilli lider, biz sizi heç vaxt unutmayacağıq. Hər zaman Azərbaycanın ürəyindəsən, nə qədər insan ömrü var, sən bizimləsən!" sözlərini yazıb.

 

aygun.jpg (360 KB)

Xalq artisti Brilliant Dadaşova: "Bu gün Ulu öndərimizin 100 illik yubileyini qeyd edirik. Musiqi ürəyimizdə yaşayan ali hissləri əks etdirir" sözləri ilə Heydər Əliyevi anıb. 

bril.jpg (267 KB)

Xalq artisti Zülfiyyə Xanbabayeva: "Hörmət və ehtiramla anırıq!"

zulya.jpg (313 KB)

Əməkdar artist Aybəniz Haşımova: "Sonsuz sevgi və ehtiramla anırıq!"

aybeniz.jpg (165 KB)

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR