İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmada yoxa çıxan “Boinq”: üç versiya və SSRİ-nin cavabı - müəmma davam edir

3126 13.09.2022 16:30 Yaxın tarix A A

Aviasiya tarixində təyyarələrin səmada yoxa çıxması nadir hal sayılır. Bu cür hadisələr zamanı uzun axtarışlar heç bir nəticə vermədikdə insident tarixə müəmmalı hadisə kimi düşür.

Belə hadisələrdən biri də 1979-cu ildə baş verib. Həmin ilin yanvarın 30-da Braziliyanın “VARİG” aviaşirkətinə məxsus “Boeing 707-323C” təyyarəsi RG-967 mürşrutu ilə Tokio - Los-Anceles - Rio-de-Janeyro reysini icra edib.

Təyyarə yük daşınması üçün sifariş edilib. Hava gəmisində qiyməti 1 milyon 240 min dollar qiymətində olan məşhur rəssam Manabu Manenin rəsm əsərləri və qiyməti iki milyon dollardan artıq hesablanan digər yüklər daşınıb.

Təyyarə saat 20.23 dəqiqədə Yaponiyanın beynəlxalq Nariti hava limanından qalxıb. 30 dəqiqədən sonra pilotlar dispetçerlərlə əlaqə saxlayaraq uçuşun normal getdiyini bildiriblər. Dispetçerlərlə növbəti əlaqə saat 21.23 üçün nəzərdə tutulub. Ancaq bu dəfə dispetçerlər pilotlarla əlaqəyə girə bilməyiblər. Dəfələrlə buna cəhd etsələr də, heç bir nəticə alınmayıb. Bundan sonra yük daşıyan təyyarə ilə bağlı uçuş ərazilərindəki bütün dispetçer məntəqələrinə həyəcan siqnalı göndərilib. Amma bütün bunlarla da təyyarənin hansı ərazidə olduğuna aydınlıq gətirmək mümkün olmayıb.

narita-airport_main_01.jpg (105 KB)

Gecə saatlarından başlayaraq təyyarənin axtarışı üçün bütün mümkün tədbirlər görülüb. Axtarışlara Amerikanın, Yaponiyanın, Braziliyanın ən peşəkar mütəxəssis qrupları cəlb ediblər.

Adətən bu cür haisələrdə hansısa ərazidə qəzaya uğramış təyyarənin dağıntıları tapıldığı halda, “Boeing 707-323C” təyyarəsinin heç bir nişanəsinə rast gəlinməyib. Beləliklə, uzun müddətli axtarışlar və digər tədbirlər heç bir nəticə verməyib.

Təyyarədə yuxarıda qeyd etdiyimiz kimi yüklər və altı nəfər heyət üzvü olub. Onlardan üçü əsas heyətin, üçü isə əvəzləyici heyətin üzvləri olub ki, heyətlər növbə ilə təyyarəni idarə edibllər.
Heyətin bütün üzvləri peşəkar pilotlar olub. Bunu araşdırarkən mütəxəssislər belə qənaətə gəliblər ki, insident pilotların səriştəsizliyi, qeyri-peşəkarlığı ucbatından baş verə bilməz.

Daha sonra təyyarəyə havaya qalxmazdan əvvəl texniki vəziyyəti ilə bağlı yazılmış arayışlara nəzər yetirilib. “Boeing 707-323C” texniki baxışdan uçuşa tam hazır olduğu müvafiq arayışlarda qeyd edilib.
Daha bir məqama da xüsusi diqqət yetirlib. Təyyarəyə artıq çəkidə yükün vurulması məsələsinə. Burada da normalara tam riayət edilib.

4-23.jpg (108 KB)

Bununla da sutkalarla aparılan araşdırmalarda hadisənin baş vermə səbəbi, təyyarənin yoxa çıxmsı müəmmalı qalıb.

İnsidentlə bağlı rəsmi məlumat verilməsə də, arada çox versiyalar səsləndirilib. Hətta bu versiyalar mətbuata da sızıb.

Birinci versiyaya görə, təyyarənin salonunda hava çatışmazlığı yaranıb ki, bunun da nəticəsində heyət üzvləri bayılıblar və idarətetmə itib.

İkinci versiyada rəsm əsərlərinin satışı ilə məşğul olan xüsusi qrupların adı hallanıb. Guya onlar terror vasitəsi ilə, yaxud əvvəlcədən danışıqlar aparmaqla təyyarəni müəyyən bir nöqtəyə (hava limanına) endiriblər, rəsmləri əldə etdikdən sonra heyət üzvlərini və təyyarəni məhv ediblər. Bu versiya heç bir faktla öz təsdiqini tapmayıb. Çünki dünyanın ən tanınmış rəsm kolleksionerlərində təyyarədə olan rəsmlərdən heç biri tapılmayıb.

maxresdefault.jpg (122 KB)

Üçüncü versiya beynəlxalq siyasi müstəvidə qalmaqala səbəb olub. Bu versiyaya görə təyyarə Sakit okeanın neytral ərazisində SSRİ-nin hərbi hava qüvvələri tərəfindən vurulub. Düzdür, bununla bağlı SSRİ-yə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. Amma qərb mətbuatında insidentlə bağlı SSRİ-nin adı daha çox hallanıb.

Bu xoşagəlməz söhbətlərə son qoymaq üçün Kremldə Siyasi Büro üzvləri qeyri-rəsmi müzakirələr aparıblar. Leonid Brejnev insidentdə SSRİ-nin adının hallanmasını kommunist ölkəsinin imicinə zərbə kimi dəyərləndirib. Nəhayət, belə qərara gəlinib ki, SSRİ Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirsin və bu iş xarici işlər naziri Andrey Qromıkoya həvalə edilib. SSRİ-yə qarşı rəsmi ittiham olmadığına görə Qromıko da hadisəyə bəyanatla deyil, mətbuata müsahibə formasında açıqlama ilə münasibət bildirib. Onun açıqlamasında aşağıdakı sətirlər də yer alıb:

77.jpg (89 KB)

“Təəssüf edirəm ki, “Boeing 707-323C” təyyarəsinin müəmmalı şəkildə yoxa çıxmasında bəzi qərb mətbuatı SSRİ-nin adını hallandırır. Mən bunu qərb mətbuatının məsuliyyəsizliyi kimi qiymətləndirirəm. Bu cür yanaşma ilə dövlətləri üz-üzə qoymaq arzusu yanlış bir addımdır. Belə məsələlərdə beynəlxalq komissiyaların xüsusi rəyi olur və onun əsasında da insidentin baş vermə səbəbləri üzə çıxır. Bildirmək istəyirəm ki, təyyarənin axtarışında, insidentin baş vermə səbəblərinin araşdırılmasında sovet mütəxəssisləri də iştirak ediblər. Baş vermiş hadisəyə görə təəssüf hissi keçiririk, ümid edirik ki, davamlı araşdırmalar öz nəticəsini verəcək...”

Qromıko hadisənin baş vermə səbəbinin nə vaxtsa üzə çıxacağına ümid etsə də, “Boeing 707-323C” təyyarəsinin yoxa çıxması hadisəsi bu günə qədər də açılmamış qalır.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR