İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə naziri Teymur Musayev ilə Türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub

529 08.02.2023 20:51 Səhiyyə A A

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev ilə Türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini Türkiyəli həmkarının diqqətinə çatdırmışdır.

“Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılmışdır. Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”.

Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR