İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Vüqar İsmayılovun yaxınları ürəkləri dağladılar: “Son damla qanına qədər vuruşub” - VİDEO

1027 11.10.2023 18:42 Gündəm A A

Baku TV Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan Vüqar İsmayılovun ailəsini ziyarət edib.

Şəhidin atası İlqar İsmayılov oğlunun vətənpərvərliyindən danışıb:

“Vətənini o qədər sevib ki, düşmənin üstünə gözünü qırpmadan gedib. Son damla qanına qədər vuruşub. Babası ona “Doni” ləqəbi vermişdi. Böyük Vətən müharibəsində iştirak edib babasının yolunu getdi”.

Şəhidin dostu Heydər Həşimov isə Vüqarın Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib.

“Deyirdi ki, neytralda heç vaxt şəhid qoymamışam. Gözləyirdim, duman olan kimi gedib gətirirdim. Üç gün mühasirədə qalmışdı. Yaralı halda 5 ermənini öldürmüşdü”, - deyə  o söyləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR