İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Şahinin xanımı ilə bağlı XƏBƏR VAR

2520 31.08.2023 09:22 Təhsil A A

Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqənin nəticələri açıqlanıb.

Musavat.com “Qafqazinfo”ya istinadən bildirir, tələbə adını qazananlar arasında Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova da var.

Şəhid xanımı Azərbaycan Universitetində Mühasibat ixtisası üzrə qiyabi təhsil alacaq.

Qeyd edək ki, Şahin Allahyarovun Vətən Müharibəsi zamanı ailəsinə etdiyi vəsiyyət günlərlə sosial şəbəkə və medianın gündəminə çevrilmişdi. O, döyüş zamanı çəkdiyi videoda həyat yoldaşı Kəmalə xanımdan yeni doğulacaq körpələrinə öz adının – Şahinin verilməsini istəmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR