İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid olacağını biləndə özünü gizlədib ki... - Aprel zəfərinin KULİSİ

1258 05.04.2022 15:55 Qarabağ xəbərləri A A

"Aprel döyüşlərindən sonra Talış istiqamətində meyitlərin götürülməsi üçün razılaşma əldə edildi. Qruplar işə başladı. Xüsusi Təyinatlı Qüvvələr mənsubu, şəhid Məhəbbət Mirzəyevin meyitini tapa bilmirdilər. Bizim tərəf erməniyə inanmadı. Sonra razılaşma əsasında öz xüsusi təyinatlılarımız axtarışa getdi".

Musavat.com Publika.az-a istiandən xəbər verir ki, bunu araşdırmaçı jurnalist Elgün Gəncimsoy 2016-cı ilin Aprel döyüşləri ilə bağlı bir hadisə haqqında danışarkən deyib.

"Xeyli axtarışdan sonra onu meşədə tapmışdılar. Hansı ki, həmin ərazini bir neçə dəfə ermənilər axtarmışdı. Ancaq Məhəbbət Mirzəyev yarpaqla özünü çox böyük peşəkarlıqla gizlədə bilmişdi. Ağzından və digər yerlərindən yaralanan igid şəhidimiz ayağını juqutla sıxıb, özünə ağrıkəsici iynə vurubmuş. Ancaq şəhid olacağını bildiyində özünü gizlədib ki, ermənilər onun meyitini götürüb təhqir etməsin. O, dünyanın bir neçə ölkəsində xüsusi kurslar keçmişdi. Şəhidimiz Beyləqan rayonunun Dünyamalılar kəndində dəfn edilib", - jurnalist qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR