Krımda yanacaq böhranı pik həddə çatıb.
Musavat.com xəbər verir ki, Sevastopolun "qubernatoru" Mixail Razvojayev sakinləri benzin növbələrinə durmamağa çağırıb.
O bildirib ki, ötən gecə şəhərə yanacaq daşıyan maşınlar daxil olmayıb və bu səbəbdən yanacaq alışı üçün yeni QR-kodların verilməsi müvəqqəti olaraq dayandırılıb.
Razvojayevin sözlərinə görə, hazırda mövcud olan yanacaq ehtiyatı yalnız kommunal xidmətlərin, təcili yardımın, güc strukturlarının avtomobillərinin və ictimai nəqliyyatın təminatına yönəldiləcək.
Şəhərə növbəti yanacaq partiyasının nə vaxt daxil olacağı barədə isə hələlik heç bir dəqiq məlumat verilmir.
Musavat.com






