İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfa Mirzəyev niyə göndərildi? – Pənah Hüseynlə “Canlı debat”

2562 13.05.2022 14:08 Gündəm A A

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib. "Report" xəbər verir ki, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələ ki təyinat olmayıb.

Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub.

O, 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyirdi. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinlə təkbətək görüşməyə hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, bunu Ukrayna lideri İtaliyanın “Rai 1” telekanalına müsahibəsində açıqlayıb.

“Məsələ hər gün daha da mürəkkəbləşir. Şəxsən mən belə hesab edirəm. Çünki kiçik şəhərlər artıq işğaldan azad edilir. Üstəgəl, Rusiyanın vandallığı ilə bağlı faktlar çoxalır. İndi cəmiyyət danışıqlara müsbət yanaşmır. Amma mən Prezident kimi, Putinlə danışmağa hazıram. Ancaq birbaşa onunla, vasitəçilər olmadan və ultimatum dili ilə yox, dialoq şərtləri daxilində”, - o söyləyib.

Xatırladaq ki, V.Zelenski bu yaxınlarda qeyd etmişdi ki, əsir götürülən mülki əhalinin və hərbçilərin öldürülməsinə görə Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər.

Bu və gündəmdəki digər xəbərləri AXP sədri Pənah Hüseynlə “Canlı debat”da müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR