İnsanlara hürriyət, millətlərə istiqlal!

“Seçkilərdə qalib gəlməyimizi istəmirlər”

454 12.12.2023 13:27 Dünya A A

“ABŞ-ın xüsusi prokuroru Cek Smit keçmiş prezident Donald Trampın 2024-cü il seçkilərində qalib gəlməsinin qarşısını almağa çalışır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Trampın mətbuat xidmətinin yaydığı bəyanatda yer alıb.

Bəyanat müəlliflərinin fikrincə, Smit Trampın Oval Ofisi geri almasına mane olmaq üçün o qədər aludə olub ki, hətta appelyasiya prosesini yan keçməyə hazırdır.

“Trampın dəfələrlə dediyi kimi, bu ittiham tamamilə siyasi motivlidir. Bu saxta məhkəmə prosesini sürətləndirmək üçün Trampa və onun on milyonlarla tərəfdarına zərər verməkdən başqa heç bir səbəb yoxdur”, - deyə bəyanatda bildirilir.

Smit daha əvvəl ABŞ Ali Məhkəməsindən Trampın qanuni təqibdən immunitetinin olub-olmadığını aydınlaşdırmağı xahiş etmişdi.

Xüsusi prokuror hələ bu ilin avqustun 1-də Donald Trampa qarşı 4 maddə üzrə ittihamlar irəli sürdüyünü açıqlayıb. Sabiq dövlət başçısı faktiki olaraq 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, hakimiyyəti qanunsuz olaraq saxlamağa cəhddə ittiham olunur. Trampa qarşı irəli sürülən cinayətlərin ən ağırı üçün maksimum cəza 20 illik həbsdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR