İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxlanılan 9 qat dünya çempionu İsrafil Məmmədov sərbəst buraxılıb

1462 05.11.2022 13:35 Son xəbər A A

Pauerliftinq üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası İsrafil Məmmədov sərbəst buraxılıb.

Musavat.com apa-ya istinadən xəbər verir ki, Qazax RPŞ-də İsrafil Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə İsrafil Məmmədova 50 manat cərimə cəzası verilib və o, sərbəst buraxılıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR