İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanov: "Mən deyəndə ki, onlar qədim yunan axmaqlarına bənzəyirlər, inciyirlər"

1782 19.10.2023 15:49 Region A A

“Mən deyəndə ki, Paşinyan hökumətində yer alanlar qədim yunan axmaqlarına bənzəyirlər, inciyirlər...”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan Respublika Partiyasının (ERP) İcra orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanovun facebook səhifəsindəki statusunda qeyd olunub.

“Qarabağda erməni qalmayıb, Bakı həbsxanaları erməni əsirləri (caniləri-red.) ilə doludur, Azərbaycan və Türkiyə yeni eskalasiya ilə hədələyir. Bunlar isə hökumətin iclasında məmurun hədiyyə olaraq aldığı şərabı içib-içməyəcəyini müzakirə edir... Əsl dəlixanadır....

Siz boşboğazlığınıza davam edin, görəcəksiniz ki, türklər Ermənistanı necə işğal ediblər... sizə isə lülə kababı hədiyyə ediblər", - deyə statusda qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR