İnsanlara hürriyət, millətlərə istiqlal!

Saray qəsəbəsinin bu ərazisini zibillik, üfunət qoxusu basıb - Sakinlərin şikayətinə baxılmır VİDEO

805 16.04.2023 18:10 Gündəm A A

Abşeron rayonu, Saray qəsəbəsinin İlqar Əmiraslanov küçəsi ilə Elşən Hüseynov küçəsinin kəsişdiyi ərazidə yaşayan sakinlər evlərinin yanındakı zibillikdən və bundan yaranan üfunət qoxusundan şikayət edirlər.

Saray gölünün yaxınlığında yaşayan şikayətçilər bildirirlər ki, ərazi əsasən ərtafdan atılan məişət tullatılarından qeyri-qanuni zibil poliqonuna çevrilib.

Bu da antisanitar vəziyyət yaratmaqla yanaşı, ərazini xəstəlik mənbəyinə çevirir. Qəsəbə sakinlərinin sözlərinə görə, üfunət iyi, gəmirici və həşəratlar yaxınlıqdakı evlərə dolur, narahatlıq yaradır, xəstəliklərin yayılmasına gətirib çıxarır. Üfunət iyindən evdə qalmaq olmur. Küləkli havada bütün zir-zibil evlərə dolur. Bu cür vəziyyət həm ekologiyaya ziyan vurur, həm də sakinlərin haqlı narazılığına səbəb olur

Üstəlik Sarayda kanalizasiya xətti olmadığına görə kanalizasiya suları məcburən gölə axıldığından zibildən gələn pis qoxuya artıq çirklənmiş göldən gələn üfunət iyi də əlavə olunur. Halbuki sakinlər dediyinə görə Saray gölü vaxtı ilə təmiz olub və hətta burda yaxşı balıq da tutulub.

Bundan başqa yağış yağanda kifayət qədər böyük olan Saray gölünün səviyyəsi qalxır və su daşaraq ətraf evləri basır. Məsələn “Tərlan” şadlıq evinin ətrafı kimi.

Sakinlər illərdir mövcud sosial problemlərdən əziyyət çəkirlər.

Problemlərlə bağlı vətəndaşlar dəfələrlə Saray bələdiyyəsinə, Saray qəsəbə nümayəndəliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər.

Sakinlərin üzləşdiyi zibil və kanalizasiya problemi mətbuatda da işıqlanıb.

Amma bütün bunlara baxmayaraq hər dəfə şikayətdən sonra aidiyyatı qurumlar təmizlik işləri, müəyyən tədbirlər görsə də bir müddətdən sonra vəziyyət yenidən əvvəlkindən pis təkrarlanır. Nəticə etibarı ilə indiyəcən məsul qurumlar heç bir ciddi tədbir görmür , yalnız sakinləri yola verirlər.

Bu səbəbdən sakinlər problemin mətbuat vasitəsilə işıqlanıb cavabdeh qurumlar tərəfindən köklü həll olumasını istəyirlər. Sakinlərin fikrincə əraziyə ən azı zibil qutuları qoymaq olar, gecələr əraziyə böyük maşınlarla zibil daşınmasının qarşçısı alına bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR