İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburqda miqrant sürücünün avtomobilini yandırıblar

469 07.06.2024 14:35 Dünya A A

Sankt-Peterburqun Puşkinski rayonunda yol hərəkəti qaydalarını pozduğuna görə xəbərdarlıq maşının yandırılmasına səbəb olub.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Teleqram kanalı məlumat yayıb.

“Toyota markalı avtomobilin sahibi, qonşu ölkələrdən birinin 40 yaşlı vətəndaşının polisə verdiyi məlumata görə, onun avtomobilində nasazlıq yaranıb və o, qəza siqnalı ilə maşınını saxlayıb. “Opel Astra” markalı avtomobildə onun yanından keçən iki nəfər qəza işıqlarını yandırmadığına görə ona irad tutublar. Nəticədə mübahisə yaranıb və onlar “Toyota” sürücüsünü döyüblər. Daha sonra onlar öz avtomobillərindən benzin kanistri götürərək, “Toyota”nın üzərinə çiləyiblər və ona od vuraraq yandırıblar”, - məlumatda deyilir.

Polis hadisəni törədənləri saxlayıb. Onların yerli sakinlər olduğu ortaya çıxıb, biri sahibkar, o biri anbar müdiridir. Faktla bağlı “Başqasının əmlakını məhv etmə və ya zədələmə” maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, martın 22-də “Krokus” konsert zalında tacik miqrantlar tərəfindən törədlən terror katından sonra Rusiyada miqrantlara qarşı başlanmış ksenofobiya dalğası davam edir. Bəzi insanlar artıq elə bilirlər ki, miqrantlara qarşı törədilən bu kimi əməllər cəzasız qalacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR