İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Babayan Paşinyanı satqın adlandırıb  

892 29.11.2023 17:14 Dünya A A

"Mən həm 44 günlük müharibə zamanını, həm də indiki vəziyyəti tam şəkildə təsvir etdim".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Qarabağ separaçılarının “keçmiş müdafiə naziri” Samvel Babayan Ermənistan parlamentində keçirilən dinləmələr zamanı işlədib.

44 günlük müharibədə məğlubiyyətdə kimin günahkar olduğunu soruşduqda o, belə cavab verdi: “Bu, bir nəfər deyil. Konkret bir ad və ya soyad eşitmək istəyirsiniz? Əgər Müdafiə Ordusunun komandiri hərbi cəbhəyə özü rəhbərlik etmirsə, bunu başqa adamlarla edirsə, o zaman araşdırma aparılmalı, dəqiqləşdirmə aparılmalıdır. Mən adlarla deyil, epizodlarla, faktlarla danışıram”,-deyə o, qeyd edib.

Samvel Babayan 2020-ci ilin noyabrın 9-da sənədin imzalanmasını xəyanət adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR