İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şaka”nın ölkəsi Ermənistana hansı silahlar verəcək?

2392 13.01.2023 20:36 Siyasət A A

 

Paşinyana qadağa qoyublar ki, Rusiyadan silah almasın...

 

Ermənistan Hindistandan MRSAM orta mənzilli zenit-raket kompleksləri almaq istəyir. “Armenpress” xəbər verir ki, bu barədə “Indian Defense Research Wing” ixtisaslaşmış saytı məlumat yayıb. Qeyd olunur ki, Ermənistan xidmətdə olan Sovet istehsalı olan S-125 “Peçora” zenit-raket komplekslərini əvəz etmək istəyir.

Mənbənin sözlərinə görə, Hindistan Ermənistana öz istehsalı olan “Akash” və “Akash-NG” sistemlərini də təklif edib. Məsələ burasındadır ki, MRSAM zenit-raket kompleksləri Hindistanda istehsal olunsa da, bəzi texnologiyalar İsraildən alınıb.

Eyni zamanda, IDRW qeyd edir ki, Yeni Dehli MRSAM sistemlərinin ixracına heç bir məhdudiyyət qoymur.

Hindistan Müdafiə Araşdırma Mərkəzinin məlumatına görə, MRSAM sistemlərinin uçuş məsafəsi 70 kilometrdir. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan "ATAGS" haubitsaları tədarük ediləcək. 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi bildirilir.

Qeyd edək ki, ötən ilin oktyabrında Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Hindistanda olub.  Bildirilir ki, sentyabrın əvvəlində iki ölkənin hökumətləri arasında müvafiq müqavilələr imzalanıb. Mənbələr bildirirlər ki, tarixdə ilk dəfə Ermənistana “Pinaka” yerli çoxlüləli reaktiv buraxılış qurğularının ixracını nəzərdə tutur. Bu qurğular artıq Hindistan Ordusunun arsenalındadır. Silah Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanıb və Hindistanda özəl şirkətlər tərəfindən istehsal olunur.

Döyüş maşını şassisi yüksək mütəhərrikliyə uyğun olaraq modifikasiya edilmiş “Tatra-815 Colos WN” bazasının üzərində qurulub. Döyüş maşınının arxasında yerləşən sistemin artilleriya hissəsi 6 yönləndirici borudan ibarət 2 paketdən təşkil olunub. Müxtəlif döyüş başlıqları olan raketlər 37,5-60 km məsafədəki hədəfi vurmaq qabiliyyətinə malikdir.

Raketin quraşdırıldığı avtomobilin şosedə maksimum sürəti 80 km/saatdır. Maşın həmçinin infraqırmızı gecə görmə cihazlarına malikdir. Yaylım atəşli raket sistemlərinin tam yaylım müddəti 44 saniyədir.

Müqavilə çərçivəsində Sovet-Rusiya modeli olan tank əleyhinə "Konkurs" raketinin alınması haqqında da müzakirə aparılıb.

Hindistanın Ermənistana silah sistemlərinin ixracı bundan əvvəl də olub. 2020-ci ildə Hindistan Ermənistana təxminən 40 milyon dollara dörd "Svati" əks-artilleriya radarı tədarük edib.  Ermənistanın silahlar Fransa və ya Amerikanın pulları ilə aldığı deyilir. Fransa və ABŞ  istəmir ki, onların pulu Rusiya silahlarının alınmasına getsin. Məhz bu səbəbdən onlar Paşinyana qadağa qoyublar ki, Rusiyadan silah almasınlar. Başqa yerlərdən və “Şaka”nın ölkəsi Hindistandan silah almağa isə icazə veriblər.

Orxan ƏLİYEV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR