İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Harri və Meqan Markl ayrı yaşamağa başladılar

764 19.07.2023 21:02 Dünya A A

Sasseks hersoqu Harri və hersoginya  Meqan Marklın evliliyində çatlaq əmələ gəlib.

Musavat.com bu barədə məlumatlı olduğunu iddia edən xarici mediaya istinadla xəbər verir ki, cütlük evliiliklərini xilas etmək, aralarındakı problemi dərinləşdirməmək üçün ayrı yaşayırlar.

“Daimi stress və emosional problemlər yəqin ki, onların həyatını cəhənnəmə çevirib. Ümid edirik ki, müxtəlif qitələrdə vaxt onlara irəliləmək üçün lazım olan hər şeyi tapmağa kömək edəcək”, - mənbə bildirib.

Cütlüyün münasibətlərindəki problemlər maliyyə çətinlikləri fonunda böyüyüb - axın platformalarından biri daha əvvəl Meqan Markl və şahzadə Harri ilə podkastların istehsalına dair müqaviləyə xitam verib və onları dələduzluqda ittiham edib.

Eyni zamanda, Harri və Meqan inanırlar ki, uğursuzluqlar onları koronavirus pandemiyası və kraliça II Elizabetin ölümündən sonra təqib etməyə başlayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR