İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahruddin Məhəmmədəliyev yenidən "Qarabağ"da! - RƏSMİ

595 18.07.2024 13:55 İdman A A

"Qarabağ" klubu Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb.

Musavat.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.

Qeyd edək ki, Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə Ağdam klubunun formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper "Qarabağ"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. O, Azərbaycan millisində 29 oyun keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR