İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahramanyan İrəvanda elan etdi: "Dağlıq Qarabağ..." VİDEO

2102 20.10.2023 14:54 Region A A

Ləğv edilmiş qondarma qurumun başçısı Samvel Şahramanyan İrəvanda etiraz aksiyası keçirən separatçılara müraciət edib. O bildirib ki, "Dağlıq Qarabağ" ləğv olunmayıb.

Musavat.com xəbər verir ki, Şahramanyan heç bir sənəd xalqın yaratdığı “dövləti” ləğv edə bilməz deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Ermənistanın İctimai Televiziyasına müsahibə verəcək və insanları narahat edən bütün məsələlərə toxunacaq.

“Baş separatçı”nın bu sözləri deməsi onu göstərir ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Böyük ehtimalla, maraqlı ölkələr Şahramanyanı artıq ələ alıblar və ondan maraqları naminə yararlanmağa çalışacaqlar.

Bu ölkələrin əsas maraqları isə Azərbaycana təzyiq göstərməkdir. Amma rəsmi Bakını belə təzyiqlər qarşısında geri çəkilməyə vadar etmək mümkünsüzdür.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR