İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahramanyan: Ermənistanda Qarabağ məsələsini tamamilə bağlamaq istəyirlər

901 22.02.2024 14:47 Region A A

Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq və qondarma qurumun sonuncu “rəhbəri” Samvel Şahramanyan mühafizəçisinin saxlanmasını “Qarabağla bağlı hər şeyə qapaq qoymaq” kimi qiymətləndirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli jurnalistlərlə söhbətində danışıb.

Jurnalistlərin Şahramanyandan mühafizəçisi Aşot Danielyanın avtomobilindən tapılan narkotik maddə ilə bağlı yaranmış vəziyyət haqqında soruşub.

“Fürsətdən istifadə edərək, aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək və onları bu məsələ ilə məşğul olmağa çağırmaq istərdim. Onun azadlığa buraxılması məsələsini tez bir zamanda həll edin, çünki bu, uydurma işdir”, - deyə, o qeyd edib.

Şahramanyanın sözlərinə görə, Danielyanın saxlanma forması da bir sıra suallar doğurub: “Şəhərin mərkəzində 20-dən çox maskalı təhlükəsizlik qüvvələri həmin şəxsi saxlayır. O, “prezidentə” (Şahramanyan hələ də özünü belə sayırmış-red.) xidmət edən avtomobildən saxlanılıb. Bütün bunlar çoxlu suallar doğurur. Tezliklə onlara cavab alacağıq”, - deyə, o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR