İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibkarını dəyişən miqrantlar Rusiyadan çıxarılacaq

481 11.03.2024 15:05 Dünya A A

Rusiyada mütəşəkkil işə qəbul olunan əmək miqrantları öz profillərinə uyğun işləməsələr, ölkəni tərk etməyə məcbur ediləcəklər.

Musavat.com xəbər verir ki, “İzvestiya” nəşrinin məlumatına görə, bunu nəzərdə tutan qanun layihəsi Rusiya Əmək Nazirliyi tərəfindən hazırlanıb.

Sənəd əcnəbilərin Rusiyada müvəqqəti işləmək hüququnu təsdiq edəcək xüsusi sənədin yaradılmasını nəzərdə tutur: təşkilati işə qəbul çərçivəsində miqrant konkret işəgötürənin obyektində işləyəcək. İşə götürən şirkət sənədlərə uyğun olaraq avans ödəyəcək.

Bu, əmək miqrantının işə götürülməsi ilə bağlı xərcləri, o cümlədən aviabiletlərin qiymətini çəkmiş şirkətlə işləməkdən imtina etməsi hallarını aradan qaldıracaq. Əgər işçi təşkilati işə qəbulda iştirak etməyən başqa şirkətə keçmək istəsə, 15 gün ərzində Rusiyanı tərk etməli olacaq.

Rusiya hökuməti vizasız və ya viza ilə gəlmələrindən asılı olmayaraq, miqrant işçilərə bu qaydaları tətbiq etmək istəyir. Təşkilati işə qəbul yolu əcnəbiləri işə götürən işəgötürənlərin müvafiq icazə almasına ehtiyac olmayacaq.

Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsi bu təşəbbüsü dəstəkləməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, 2017-ci ildə Rusiya Özbəkistanla ölkə vətəndaşlarının müvəqqəti işlərə, o cümlədən tikinti, kənd təsərrüfatı və sənaye sahələrindəki müəssisələrə mütəşəkkil şəkildə cəlb edilməsi haqqında müqavilə imzalayıb. Analoji saziş Tacikistanla da qüvvədədir.

Yeni düzəlişlərin bir zamanlar ABŞ-da qüvvədə olan, kölənin bir plantatora məxsusluğu və qaçarsa, tutulub geri qaytarılmasını nəzərdə tutan qanuna oxşaması diqqət çəkir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR