İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Sülh sazişinin imzalanması hələ də mümkündür”

380 22.02.2024 13:06 Siyasət A A

“Ümid edirik ki, Ermənistan təxribatlardan, qərəzli üçüncü tərəfləri cəlb etməkdən çəkinəcək və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarından imtina edəcək".

Musavat.com bildirir ki, bunu Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spikerin sözlərinə görə, bu, Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında öz əksini tapıb: “Regionda uzunmüddətli sülh və sabitliyin yeganə yolu qonşularla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasıdır”.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün böyük səylər göstərir:

“Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. Ermənistanın üç ildən artıq siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür”.

S.Qafarova xatırladıb ki, bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin ikitərəfli görüşü olub: “Sülh müqaviləsi üzrə danışıqlar və sərhədlərin delimitasiyası üzrə görüşlər barədə əldə edilmiş razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR