İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova parlamentin fəaliyyətini işıqlandıran media nümayəndələri ilə görüşdü fotolar

628 15.03.2022 17:31 Media A A

Milli Məclisin sədri Sahibə Qafarova martın 15-də parlamentin iclasından sonra ali qanunvericilik orqanınınfəaliyyətini işıqlandıran media nümayəndələri ilə görüşüb.

Musavat.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, parlamentin sədri jurnalistləri Novruz Bayramı münasibəti ilə təbrik edərək, onlara gələçək peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Parlament-media münasibətləri barədə fikirlərini bölüşən Sahibə Qafarovaölkəmizin son illər Prezident İlham Əliyevin rəhbərliyialtında qazandığı uğurlarından, Vətən müharibəsindəkiZəfərindən, parlamentdə gələcəkdə görüləcək işlərdən, ölkə rəhbərliyi tərəfindən mediaya göstərilən diqqətdən danışıb.

Görüşdə çıxış edən, parlamentdə akkreditə olunmuş jurnalistlər Milli Məclisin sədrini Novruz Bayramı münasibətilə təbrik edərək, pandemiya dövründə onlarınfəaliyyəti üçün yaradılmış şəraitə görə təşəkkür ediblər. Ali qanunvericilik orqanın fəaliyyətini, ölkənin ictimai-siyasihəyatındakı rolunu yüksək qiymətləndiriblər, parlamentinişinin işıqlandırılması barədə fikirlərini bölüşüblər. MilliMəclisin sədrinə, deputatlara gələcək fəaliyyətlərindəuğurlar arzulayıblar.

Sonda Milli Məclisin sədri Sahibə Qafarova media nümayəndələri ilə birlikdə xatirə fotosu çəkdirib. Qeyd edək ki, Sədrin tapşırığı ilə foyedə media mənsubları üçün bayram süfrəsi də açılmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR