İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahbuzda su anbarında meyit tapıldı

568 22.10.2023 03:25 Hadisə A A

Şahbuz rayonu ərazisində yerləşən su anbarında meyit aşkarlanıb.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında meyit aşkarlanması, nəqliyyat yolu olmadığı üçün köməyə ehtiyac olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Meyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyatı üzrə təhvil verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR