Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ermənistan baş naziri Nikol Paşinyanı və onun rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasını 7 iyunda keçirilən parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, o, bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Saakaşvili qeyd edib ki, Ermənistan baş nazirinin builki siyasi uğuru, onun fikrincə, özünün 2012-ci ildəki şəxsi təcrübəsini geridə qoyur.
Sabiq prezident Ermənistandakı seçki kampaniyasını Rusiyanın "hibrid hücumu" adlandırıb və Paşinyanın qələbəsinin bütün regiona parlaq gələcək vəd etdiyini vurğulayıb.
Gürcüstanın eks-prezidentinin sözlərinə görə, vətənpərvər gürcülər bu tarixi qələbədən sonra Ermənistan baş nazirinə dəstək nümayiş etdirməlidirlər.
Musavat.com






