İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili: "Rusiyadan Gürcüstana diversantlar sızıb"

604 30.10.2023 15:37 Dünya A A

2021-ci ilin may ayından Gürcüstanda özəl klinikalarda cəza çəkən Mixail Saakaşvili hesab edir ki, Rusiya Federasiyasından olan “təxribat qrupu” hakimiyyəti ələ keçirmək məqsədi ilə ölkəyə daxil olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, keçmiş dövlət başçısı bu barədə külli miqdarda dövlət vəsaitini mənimsəməsi ilə bağlı məhkəmə iclasında videobağlantı vasitəsilə məlumat verib.

"Məndə olan məlumata görə, iğtişaşlar şəraitində hakimiyyəti ələ keçirmək və ölkədə sabitliyi pozmaq vəzifəsi daşıyan təxribat qrupu Gürcüstana daxil olub", - Saakaşvili qrupun silahlı olduğunu bildirib.

Vəkilləri tərəfindən demensiya əlamətləri daşıdığı deyilən eks-prezident, “Rusiya təxribat qrupunun informasiya təxribatları” ilə bağlı "mülki müdafiə qaynar xətti” yaratmağa çağırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR