İnsanlara hürriyət, millətlərə istiqlal!

"S-500"lərlə bağlı VACİB XƏBƏR - İLK DƏFƏ...

1157 27.02.2024 13:29 Region A A

Rusiya S-500 “Prometey” zenit-raket kompleksini hipersəs hədəflərini vurmaq qabiliyyətinə görə ilk dəfə uğurla sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, bu barədə “İzvestiya” Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb.

"Söhbət həm strateji hipersəsli təyyarələrdən, həm də daha sadə raketlərdən gedir. “Prometey” bu cür hədəfləri izləmək və qarşısını almaq qabiliyyətinə malik olduğunu təsdiqləyib", - deyə nəşr yazır.

Məlumata görə, “Prometey” S-400 raketlərini də idarə edə bilir.

Bu o deməkdir ki, hava hücumundan müdafiə sistemi istənilən raketləri, hətta qitələrarası ballistik və hipersəs raketlərini də vura bilir.

Qeyd edək ki, S-500 “Prometey” Rusiya müdafiə-sənaye kompleksinin ən məxfi layihələrindən biri olaraq qalır.

ZRK-nin xüsusiyyətləri heç vaxt rəsmi olaraq dərc edilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR