İnsanlara hürriyət, millətlərə istiqlal!

Rza Zərrab Petek Dinçözə 700 min dollara ev alıb - İDDİA VİDEO

1408 19.04.2022 19:40 Şou-biznes A A

Son günlər mətbuatda müğənni Petek Dinçözün iran əsilli iş adamı Rza Zərrabla sevgili olduğu və ona görə Mayamiyə köçməsi ilə bağlı şayiələr yayılıb.

BAKU.WS xəbər verir ki, bu iddialardan sonra cütlük haqqında ajiotaja səbəb olacaq daha bir xəbər yayılıb. Belə ki, Türkiyənin reytinqli verilişlərindən olan "Söylemezsem olmaz”ın aparıcısı Bali "Peteyin Mayamidəki evi 700 min dollardır (təxminən 1 milyon 190 min AZN) və iddialara görə, onu Rza alıb. Mənzil təzədir, amma Rza hələ ora köçməyib” sözlərini söyləyib.

Proqramda astroloq kimi tanınan Aslı Güderlə bağlı məlumatlar da qeyd edilib. Aparıcı Bircan Bali "Rza Aslı Güderdən məsləhət almamış addım atmır” deyib, digər aparıcı isə "Petek də eynisini edir, çünki meneceri olubmuş” sözlərini söyləyib.

Bali isə "Petek və Rzanın münasibətlərinin qıfıl nöqtəsi Aslıdır, çünki iş adamının bütün əlaqələrini, qərarlarını təşkil edən də odur” deyib.

Qeyd edək ki, Petek Dinçöz bir neçə həftə əvvəl 2014-cü ildə evləndiyi iş adamı Serkan Kodaloğlundan boşanaraq Amerikaya köçüb. Dinçözün Amerikaya Rza Zərraba görə getdiyi və onların eşq yaşadığı iddia olunub. Daha sonra Zərrabın vəkili Şeyda Yıldırım yayılan məlumatlara açıqlama gətirib. O, Dinçözün sırf oğlu üçün Mayamiyə köçdüyünü bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR