İnsanlara hürriyət, millətlərə istiqlal!

Rza Pəhləvi İsraildə FOTO

1792 18.04.2023 03:20 Gündəm A A

Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi yaxın günlərdə İsrailə səfər edib. 

Musavat.com xəbər verir ki, bu barədə İsrailin Kəşfiyyat Naziri Gila Gamliel özünün tvitter səhifəsində paylaşım edib.

"İranın Vəliəhdi Rza Pəhləvi, İsrailə xoş gəlmisiniz. Biz birlikdə İsrailin gələcək nəsilləri naminə xalqlar arasında əlaqələri yeniləyəcəyik.", - deyə o paylaşımında qeyd edib.

Səfər zamanı Pəhləvi bu il İsraildə aprelin 17-dən 18-dək qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü münasibətilə rəsmi mərasimlərdə iştirak edəcək.

Bundan başqa, İsraildə olduğu müddətdə o, yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirməyi, İsrailin sutəmizləmə texnologiyaları ilə tanış olmağı, Qüdsdəki Ağlama Divarını ziyarət etməyi, İsrailə köçmüş İran yəhudiləri icması və bəhai dininin tərəfdarları ilə ünsiyyət qurmağı planlaşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR