İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların sərhəddə atdıqları avtomobillər bu şəxslərə veriləcək

3599 28.09.2022 17:03 Region A A

Rusiya hökuməti elan edilən səfərbərlikdən sonra ölkəni tərk edən vətəndaşların adlarını qeyd edir.

Musavat.com xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Parlamentin spikeri həmin şəxslərlə bağlı hansı səbəbdən siyahı tərtib edildiyini açıqlamayıb. Vyaçeslav Volodin Rusiyadan gedən vətəndaşlar geri qayıtsalar belə onlara başqa cür davranış sərgilənəcəyini gizlətməyib.

"Sizcə, heç kim onların niyə getdiklərini görmür?" – deyə Volodin Dumanın bu gün keçirilən iclasında bildirib.

Rusiya rəsmisinin sözlərinə görə, ruslar səfərbərlikdən məhz Moskvanın sabitlik yaratdığı Avrasiya İqtisadi Birliyi ölkələrinə qaçırlar.

Qeyd edək ki, sərhəddə böyük tıxacların yaranması səbəbindən əksəriyyət avtomobillərini Rusiyada qoyub gedir. Dumanın sədri bu avtomobillərin hərbçi ailələrinə verilməsini təklif edib.

"Bu, daha doğru olardı", - deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR