İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Türkiyəyə səfər məsələsində almanları üstələdilər

465 01.11.2023 12:32 Dünya A A

2023-cü ilin yanvar-sentyabr aylarında 5,16 milyona yaxın rusiyalı Türkiyəyə səfər edib və bu sahədə almanları üstələyərək lider olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Eyni dövrdə Almaniyadan Türkiyəyə 4,85 milyon insan səfər edib. Böyük Britaniya reytinqdə üçüncü yerdə qərarlaşıb - onun vətəndaşları respublikanın sərhədini 3,15 milyon dəfə keçib. Dördüncü və beşinci yerləri Bolqarıstan (2,15 milyon) və İran (1,88 milyon) tutub.

Departamentin məlumatına görə, ötən ilin eyni dövründə Türkiyəyə 3,86 milyon Rusiya vətəndaşı gəlib ki, bu da 2023-cü illə müqayisədə 33 faiz azdır. Bu baxımdan 2022-ci ildə liderlik almanlara keçmişdi. Eyni zamanda, 2019-cu ildən 2021-ci ilə qədər ruslar yanvar-sentyabr aylarında Türkiyəyə səfərlərdə ardıcıl olaraq birinci olublar.

Əvvəllər Türkiyə kurortlarında otelçilər 2023-cü ilin yay mövsümündə qiymətləri qaldırdıqlarına görə, həmçinin “bu ruslar hara gedəcəklər?” ifadəsinə görə tənqid olunmuşdular. “Loti” turoperatorunun baş direktoru Aydın Yaşayacakın sözlərinə görə, Türkiyə turizm sənayesinin nümayəndələri ümid edirdilər ki, tətil qiymətlərinin bahalaşmasına baxmayaraq, rusların çoxu mütləq bu ölkəyə tətilə gələcəklər. Sonra qiymətlərdə optimallaşma baş verdi və tərəflər anlaşdılar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR