İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar sürətlə Xankəndiyə silah daşıyır, bölgədə yeni TOQQUŞMA - Akif Nağı ilə CANLI

863 12.08.2023 11:59 Gündəm A A

Avqustun 11-i saat 21:10-dan 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, avqustun 12-si saat 07:43-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub. Ermənistanın “humanitar böhran” içində yaşadığını iddia etdiyi Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər toy mərasimi keçirib.

Musavat.com xəbər verir ki, faktiki olaraq “humanitar böhran” yalanını ifşa edən bu mərasim barədə Azərbaycanın Niderlandakı səfiri Rəhman Mustafayev “X”də (keçmiş tviter) paylaşım edib.

“Hər dəfə Xankəndidən erməni toy məclisləri videolarına baxanda, bu gənc xoşbəxt ermənilərin mahnı oxuyub rəqs etdiyini görəndə ürəyim bütün etnik azlıqların sülh və əmin-amanlıq içində yaşadığı ölkəm Azərbaycan üçün sevinc və qürurla dolur. Münaqişə başa çatıb, Ermənistan tarixin gedişatını dəyişə bilməz”, - deyə o qeyd edib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə müzakirə aparır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR