İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Mariupoldan Donbasa keçir, “Azov” təslim oldu - CANLI

925 20.05.2022 15:47 Gündəm A A

Rusiya ordusu Luqansk vilayətinin Rubejnoe şəhərini də Mariopul kimi darmadağın edib. Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Dağıntıların miqyası böyükdür. Sənaye şəhəri yerlə-yeksan edilib, salamat qalan tikili yoxdur. Rubejnoeni demək olar ki, sıfırdan bərpa edəcəyik. Bizim qalib gələcəyimizə şübhə yoxdur”, - Qayday bildirib.

Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik KTV-yə müsahibəsində danışıb ki, Putin Ukraynanın şərqində dişlərini sındırır və lazımi tərəqqiyə nail ola bilmir.

Tanınmış ukraynalı hərbi analitik Oleq Jdanov isə deyib ki, hazırda Rusiya güc toplamaq və texnikanı Xerson istiqamətində çəkməyə çalışır.

“Əldə etdiyimiz məlumata görə, orada Rusiya ordusunun 17-yə qədər döyüş-taktiki qrupu yerləşir. Lakin Rusiya hücuma keçmək üçün heç bir cəhd göstərmir. Ukrayna da hücuma keçmir. Əslində mövqe savaşı gedir.

Bu gün Xersonu azad etmək üçün rus qoşunlarına hücum etmək məsləhət deyil. Bizim kifayət qədər gücümüz və vasitələrimiz yoxdur. Buna görə də Xersonun azad edilməsi silahlı qüvvələrin əks-hücum əməliyyatı çərçivəsində baş tutacaq.

Bunun nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çox çətindir, çünki biz silahların çatdırılma qrafikini bilmirik”, - ekspert vurğulayıb.
Rusiya Donbasda əməliyyatları gücləndirmək üçün qüvvələrini Mariupoldan çıxara bilər. Bu barədə İngiltərə Müdafiə Nazirliyi kəşfiyyata istinadən məlumat yayıb.

“Rusiya Mariupolun təhlükəsizliyini təmin etdikdən sonra, çox güman ki, Donbasda əməliyyatları intensivləşdirmək üçün hərəkətə keçəcək”, - məlumatda qeyd edilib.

“Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmrini verib”. Ukraynanın “Azov” alayının komandiri Denis Prokopenko videomüraciətində deyib.

Onun sözlərinə görə, həlak olan hərbçilərin nəşi Ukraynanın nəzarəti altında olan əraziyə təhvil veriləcək: “Mülki sakinlər təxliyə edilib. Ağır yaralılara lazımi yardım göstərilib, onlar gələcəkdə dəyişdirilərək Ukraynanın nəzarətində olan əraziyə çatdırılmaqla təxliyə edilib. Ölən qəhrəmanlara gəlincə, proses davam edir. Ümid edirəm ki, yaxın gələcəkdə döyüşçülərin qohumları və bütün Ukrayna onları şərəflə dəfn edə biləcəklər”.

TVMusavat-ın saat 16:00-da canlı yayınında “Həftə içi”nin qonaqları AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramovla AĞ Partiya sözçüsü Cavanşir Abbaslı müzakirə aparırlar. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR