İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın xarici ticarətinin müsbət saldosu 15 faizə yaxın azalıb

394 12.04.2024 21:36 İqtisadiyyat A A

Rusiya Federal Gömrük Xidmətinin (FCS) məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətinin müsbət saldosu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz azalaraq 16,9 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, Rusiyadan malların ixracı 2024-cü ilin yanvar-fevral aylarında illik ifadədə 7,6 faiz azalaraq 58,5 milyard dollara, idxal 4 faiz azalaraq 41,6 milyard dollara düşüb.

İki ayda Rusiyadan Avropaya ixrac 50,5 faiz azalaraq 9,0 milyard dollar, Asiyaya ixrac 10 faiz artaraq 45,2 milyard dollar, Afrikaya ixrac 2,3 faiz azalaraq 2,5 milyard dollar, Amerikaya ixrac 29,1 faiz artaraq 1,7 milyard dollar olub.

Yanvar-fevral aylarında Avropadan idxal 18,1 faiz azalaraq 10,7 milyard dollar, Asiyadan idxal 3,9 faiz artaraq 28,2 milyard dollar, Afrikadan 2,2 faiz azalaraq 0,5 milyard dollar, Amerikadan idxal 18 faiz azalaraq 2,1 milyard dollar təşkil edib.

Yanvar-fevral aylarında Rusiyadan mineral məmulatların ixracı 10,7 faiz azalaraq 36,6 milyard dollar, metallar və onlardan hazırlanmış məmulatların ixracı 10,4 faiz azalaraq 7,5 milyard dollar, ərzaq məhsulları və kənd təsərrüfatı xammalı ixracı 1,9 faiz azalaraq 6,3 milyard dollar təşkil edib.

Yanvar-fevral aylarında Rusiyaya maşın, avadanlıq, nəqliyyat vasitələri və digər malların idxalı 4,9 faiz artaraq 21,0 milyard dollar, kimya sənayesi məhsulları 16,8 faiz azalaraq 8,0 milyard dollar, ərzaq məhsulları və kənd təsərrüfatı xammalı idxalı 10,4 faiz azalaraq 5,4 milyard dollar olub.

Xəbər verildiyi kimi, 2023-cü ildə Rusiyanın xarici ticarət profisiti 140 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən (337,2 milyard dollar) 58,5 faiz azdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR