İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Ukraynaya qarşı savaşda ən yaxın dostu...

3377 12.12.2023 19:16 Dünya A A

Hələ 2022-ci ilin əvvəlində Hindistanın baş naziri Modi Putinə “İndi müharibə dövrü deyil” demişdi. Lakin görünür, “sülhsevər” ölkə Rusiyanın Ukraynaya qarşı təcavüzkar savaşında əsl fayda tapıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Yeni Dehli vasitəçilər zəncirləri vasitəsilə Rusiya Federasiyasına müharibə komponentləri və digər sanksiya altında olan məhsullar tədarük edir.

Rusiya Hindistandan “İskəndər” və Ka-52 helikopterlərinin istehsalı üçün lazım olan sanksiyalaşdırılmış çipləri alır. Bunun üçün mərkəzi Moskvada yerləşən ”Basis Trade Prosoft” şirkəti işə salınıb. Şirkət 2022-ci ildə Hindistanda 3 milyon dollar dəyərində çip alıb və elə həmin il onun mənfəəti təxminən 900 dəfə artaraq 714 milyon rubla çatıb. Çiplər Putinin dostu Sergey Çemezovun rəhbərlik etdiyi “Rostex”in törəmə şirkətlərinə gedir.

Hindistan tədarükçüləri yüksək vəzifəli məmurları daşıyan aviasiya eskadronun komplektləşdirilməsində də iştirak edir. Parçalar Moskva vilayətinin "SPM-Service" şirkəti tərəfindən qəbul olunur. Üstəli bu hissələr ABŞ, Almaniya və Fransa istehsalı sayılır.

Hindistan tədarükləri Rusiya Federasiyasının "informasiya təhlükəsizliyini" də təmin edir. Xüsusilə Rosseti və VTB Bankları Hindistanın xidmətlərinən geniş şəkildə yararlanırlar. Lenovo və Dell serverləri, Hewlett Packard sərt diskləri və Intel mikroprosessorları da məhz bu ölkədən Rusiyaya gətirilir.

Hindistan da BMT-dəki səsi ilə Rusiyaya kömək edir. 2022-ci ilin martında bu ölkə Rusiyanın Ukraynaya təcavüzünü pisləyən səsvermədə bitərəf qalıb. Noyabrda Hindistan nümayəndəsi Moskvanın Ukraynaya dəymiş ziyana görə kompensasiya ödəməsi ilə bağlı qətnamədə yenidən bitərəf qalıb. Eyni vəziyyət 2023-cü ilin fevralında təkrarlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR