İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Kiprdə konsulluq açmasının İLGİNC DETALLARI

1173 13.08.2023 02:35 Gündəm A A

Rusiyanın Kipr Respublikasındakı səfirliyi yaxın zamanda Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) də konsulluq xidmətləri göstərməyə başlayacaq.

Bu barədə TASS-a səfirliyin nümayəndəsi məlumat verib.

"Biz çox yaxın vaxtlarda Nikosiya şəhərinin şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər müntəzəm olaraq aparılacaq", - mənbə bildirib.

Səfirliyin nümayəndəsinin qeyd etdiyi kimi, söhbət Rusiya hakimiyyətinin Kiprin şimalında yaşayan vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirməsindən gedir. Bəzi hesablamalara görə, bu gün ŞKTC-də 50 mindən çox rus yaşayır.

Bəs Rusiyanın Şimali Kiprdə konsulluq açmasının pərdəarxasında nələr dayanır?

elxan.jpg (68 KB)

Musavat.com xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzuya bu cür şərh bildirib:

"Rusiyanın Şimali Kipr Türk Cümhuriyyətində konsulluq xidməti açması xəbəri müzakirə predmetidir. Rusiyadan illər əvvəl ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa Şimali Kiprdə konsulluqlarını açmışdılar. Rusiyanın Kıbrısda konsulluq xidmətinin açılmasını diktə edən digər amil adanın şimalında təxminən 50 minə yaxın rusun yaşamasıdır.

Aydındır ki, məsələnin siyasi tərəfi də var. Rusiya lideri Vladimir Putin bu ay Türkiyəyə səfər edərək prezident Rəcəb Tayyib Ərdoğanla müxtəlif əməkdaşlıq məsələlərini müzakirə edəcək".

Elxan Şahinoğlu qeyd edib ki, Putinin bu səfər ərəfəsində Şimali Kiprdə konsulluq xidmətinin açılmasına razılaşması Ərdoğan tərəfindən müsbət qarşılanacaq:

"Belə bir ab-hava Putin üçün də lazımdır. Çünki "Taxıl anlaşması"yla bağlı Ankarada razılığın əldə edilməsi mürəkkəb görünür. Rusiyanın Şimali Kiprdə konsulluq xidməti açması "Taxıl anlaşması" məsələsində Ankara ilə Moskva arasında fikir ayrılığından yaranan nisbi gərginliyi azaltmalıdır. Türkiyə lideri ötən ay Kiprdə yeni hava limanının açılışındakı çıxışında Şimali Kiprin tanınmasına yönəlik çağırışını təkrarlamışdı".

Politoloq vurğulayıb ki, Azərbaycan da Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrin genişləndirilməsinə başlamalıdır:

"Bu sıraya konsulluq xidmətindən tutmuş, Bakı-Lefkoşa təyyarə reyslərinin açılmasına qədər məsələlər aid ola bilər. Azərbaycanın Qarabağın tamamına nəzarəti bərpasından sonra Türkiyə kimi Şimali Kipr Türk Cümhuriyyətini tanımasına mane olacaq əngəl qalmayacaq".

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR