Dekabrın 23-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Stavropol diyarına hücum edib.
Partlayış səsləri Budyonnovsk şəhərində yerləşən və Rusiyada polietilen və polipropilenin əsas istehsalçılarından biri sayılan “Stavrolen” neft-kimya zavodu ərazisində eşidilib.
Musavat.com xəbər verir ki, bu barədə ASTRA nəşri məlumat yayıb.
Yerli hakimiyyət orqanları sənaye zonasında yanğının baş verdiyini təsdiqləyib. Stavropol diyarının qubernatoru Vladimir Vladimirovun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bildirib ki, Budyonnovskdakı zavod pilotsuz uçuş aparatlarının hissələrini və hərbi texnika üçün digər detallar istehsal edir.
Musavat.com






