İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın BU ŞƏHƏRİNDƏ kütləvi terrorun qarşısı alındı: Mərkəzi Asiyadan olan 3 nəfər...

1335 29.03.2024 22:47 Dünya A A

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Stavropol diyarında insanların kütləvi toplaşdığı yerdə terrorun qarşısını alıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat xidmət tərəfindən açıqlanıb.

Məlumatda qeyd edilir ki, terror aktı Mərkəzi Asiya ölkələrindən birinin üç vətəndaşı tərəfindən hazırlanıbmış: "Federal Təhlükəsizlik Xidməti Stavropol diyarında insanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməklə terror aktı törətməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin üç vətəndaşının terror fəaliyyətinin qarşısını alıb".

FSB terror hazırlayanların Mərkəzi Asiyanın hansı ölkəsinin vətəndaşı olduğunu açıqlamayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR