İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı sahibkarın İrəvandakı bankı HSBC-in törəməsini aldı

454 06.02.2024 22:30 İqtisadiyyat A A

Ermənistanın ən böyük bank qrupu olan “Ardshinbank” HSBC bankının ölkədəki törəməsini aldığını elan edib. Bankın yaydığı açıqlamaya görə, bununla bağlı Europe B.V. ilə razılığa gəlinib.

Musavat.com xəbər verir ki, 31 dekabr 2023-cü il tarixinə “HSBC Ermənistan”ın aktivləri təxminən 290 milyard dram (600 milyon dollardan çox), kredit portfeli 185 milyard dram (təxminən 400 milyon dollar), müştəri depozitləri isə 200 milyard dram (420 milyon dollardan çox) təşkil edib.

Əməliyyat tənzimləyici və antiinhisar orqanının təsdiqini gözləyir və prosesin 12 ay ərzində tamamlanacağı nəzərdə tutulur.

Qeyd edək ki, 2003-cü ildə yaradılan “Ardşınbank”ın sahibi Rusiyalı iş adamı Karen Safaryandır. Bank Ermənistanda yeganə şirkətdir ki, suveren səviyyədə reytinqi olan üç beynəlxalq reytinq agentliyi tərəfindən reytinqlər verilib: S&P Global Ratings (B+ (müsbət)), Moody's (Ba3 (stabil)) və Fitch (BB (stabil)) . Bank həm də Ermənistanda yeganə şirkətdir ki, beynəlxalq bazarlarda RegS/144A formatında ictimai avrobondlar buraxıb.

2016-cı ildə “Ardşınbank” “Qazprombank”ın Ermənistandakı törəməsini də alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR