İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı milyarderlərin sərvəti artıb

398 01.12.2023 11:30 Dünya A A

Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 38,575 milyard ABŞ dolları artıb.

“Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyinin dərc etdiyi “Milyarderlər İndeksi” göstərir.

Hesabata əsasən, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,14 milyard ABŞ dolları qazanıb və onun sərvəti 24,5 milyard dollara yüksəlib. “Eurochem”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 4,03 milyard dollar artıb. Onun sərvəti 17,2 milyard dollara yüksəlib.

Eyni zamanda, “Lukoyl”un keçmiş vitse-prezidenti Leonid Fedun 3,89 milyard dollar qazanıb, onun sərvəti 9,76 milyard dollarıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR