İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı könüllüləri olimpiadaya akkreditasiya etmədilər

324 01.05.2024 10:48 Dünya A A

Fransa hakimiyyəti Parisə könüllü kimi getməyi planlaşdıran 20-dən çox rusiyalının Olimpiya Oyunlarına akkreditasiya üçün müraciətini rədd edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Paris-2024” təşkilat komitəsindən yazılı imtina alan bir ərizəçi məlumat verib.

"Dünən mən təşkilat komitəsindən rəsmi məktub aldım ki, Fransa hakimiyyəti mənim Olimpiada üçün könüllü kimi müraciətimə icazə verməyib. Bir neçə olimpiadaya gedən və Paris olimpiadasında da könüllü olmaq istəyən 20-dən çox rusiyalı ilə əlaqə saxladım. Böyük təcrübəyə malik bu insanların da hamısı rədd cavabı alıb”.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar olaraq Rusiya idmançılarının Paris olimpiadasında iştirakı yasaqlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR