İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan təəccüblü qərar! Səyahətçilərdən anket doldurmağı tələb edirlər-FOTO

628 21.02.2024 23:12 Dünya A A

Rusiya Federal Təhlükəsizlik Xidməti zabitləri Estoniya ilə sərhəddə ruslardan müharibəyə münasibəti və Avropa İttifaqının siyasəti ilə bağlı sualların yer aldığı anketləri doldurmağı tələb edirlər.

Musavat.com xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.

Sorğu Şumilkino və Kuniçina qora məntəqələrində aparılır. Təhlükəsizlik qüvvələri bəzi səyahətçiləri sorğu-anketi doldurmağa məcbur edirlər. Onlar telefonun IMEI-ni, Rusiya və Ukraynadakı qohumların adlarını, Ukrayna uğrunda döyüşən tanışların adlarını, “Ukraynadakı millətçi rejimi dəstəkləyən Avropa İttifaqı rəhbərliyinin hərəkətlərinə münasibəti və s. qeyd etməyi tələb edirlər. Həmçinin xüsusi proqramdan istifadə edərək səyahətçilərin mobil telefonları da yoxlanılır.

 

Nigar HƏSƏNLİ,
Musavat.com 

96aad1b4-3fed-4523-af31-4a63eb825822.jpg (147 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR