İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan ŞOK TƏLƏB: bu postsovet ölkələr Rusiyaya DAXİL OLACAQ! – Azərbaycan da... – CANLIda

5174 11.01.2025 11:15 Son xəbər A A

Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır.

Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev deyib.

Juravlev əvvəllər Kalininqrad vilayətinə iddialar irəli sürən Litva prezidenti Gitanas Nausedanın sözlərinə cavab verib. Qeyd edib ki, onun məntiqini rəhbər tutaraq, İkinci Dünya Müharibəsinin nəticələrini nəzərdən keçirərkən, bütün Baltikyanı region Rusiyanın tərkibində olmalıdır.

“Əgər biz İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxacaq olsaq, o zaman bütün Baltikyanı region inqilabdan əvvəl olduğu kimi Rusiyaya məxsus olmalıdır. O cümlədən, 1795-ci ildən Rusiya İmperiyasının Vilna quberniyasının paytaxtı olan Vilna - indiki Vilnüs şəhəri ”, - deputat bildirib.

Siyasətçi əlavə edib ki, Rusiya Federasiyası öz torpaqlarını müdafiə etməyə hazırdır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Mehman İsmayılovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR