İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan İtaliyaya qaz nəqli dayandı  

848 01.10.2022 17:29 İqtisadiyyat A A

İtaliyanın Eni şirkəti Rusiyanın “Qazprom” şirkətindən bu gün Avstriya üzərindən ona qaz çatdırılmasının mümkün olmadığına dair xəbərdarlıq aldığını bəyan edib.

Musavat.com xəbər verir ki, bunun nəticəsində İtaliya şirkətinin bu gün Avstriya ərazisindəki Tarvizio məntəqəsindən qaz tədarük etmir.

“Qazprom”un yaydığı açıqlamaya görə, Avstriya üzərindən qaz nəqli ondan asılı olmayan səbəbdən dayandırılıb. Belə ki, Avstriyanın operator şirkəti tədarük üçün nominasiyanı təsdiqləməyib. Buna səbəb isə Avstriyanın dövlət tənzimləyici qurumunun sentyabrın sonlarında tənzimləmə qaydalarında etdiyi dəyişikliklərdir. Rusiya şirkəti problemi həll etməyə çalışdığını bildirib.

Qeyd edək ki, Rusiyadan İtaliyaya qaz “Transavstriya 1” və “Transavstriya 2” qaz kəmərləri ilə nəql olunur. Bu kəmərlərlə qaz Slovakiya sərhədindən İtaliya sərhədinə qədər daşınır.

“Şimal axını” kəmərlərində baş verən partlayışlardan sonra Rusiyadan Qərbi və Mərkəzi Avropaya yeganə nəql imkanı Ukrayna ərazisindəndir. Bu marşrutla gündəlik nəql 41-42 milyon kubmetr təşkil edir.

Eni iyun ayından etibarən Rusiyadan əvvəlkindən bir neçə dəfə az qaz alır. Şirkət rəhbərliyi 2024-cü ilin sonuna doğru Rusiya qazına ehtiyacın qalmayacağını bəyan edib. Alternativ mənbələrdən nəqlin artırılması sayəsində İtaliyanın qaz anbarları hazırda 90 faizdən yuxarı doldurulub.
İtaliya hökuməti 2024-cü ilin ortalarında Rusiya qazından tam imtina etməyi planlaşdırır. Bu günə İtaliyanın Rusiya qazından asılılığı 40 faizdən 18 faizə düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR