İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Gürcüstana pul köçürmələri azalıb

249 15.07.2024 14:52 Dünya A A

Bu ilin birinci yarısında Rusiyadan Gürcüstana pul köçürmələrinin həcmi 321,8 milyon dollar təşkil edib.

Musavat.com Gürcüstan Milli Bankının statistikasına istinadən xəbər verir ki, bu, 2023-cü ilin analoji göstəricisindən 3,49 dəfə azdır.

GMB-nin məlumatına görə, iyunda Rusiyadan Gürcüstana 48,8 milyon dollar köçürülüb ki, bu da əvvəlki ayla müqayisədə 0,7 milyon dollar çoxdur. Bu ilin 6 ayında Gürcüstana köçürmələrin sayına görə Rusiya birinci yerdə qalır. İtaliya ikinci yerdədir. Cari ilin birinci yarısında İtaliyadan Gürcüstana 275,8 milyon dollar köçürülüb ki, bu da ötən ilin analoji göstəricisindən 9,6 faiz çoxdur. ABŞ üçüncü yerdədir. Bu ilin yanvar-iyun aylarında ABŞ-dan Gürcüstana 266,5 milyon dollar köçürülüb ki, bu da ötən ilin göstəricisindən 32,7 faiz çoxdur.

Ümumilikdə, ilk 6 ayda Gürcüstana bütün dünyadan 1,6 milyard dollar köçürülüb ki, bu da 2023-cü ilin analoji göstəricisindən 30,2 faiz azdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR