İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan ermənilər üçün soyuq duş effektli Vardanyan açıqlaması

4205 19.06.2024 22:18 Siyasət A A

Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib və bunu açıq şəkildə edib. Musavat.com-un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Rusiya tərəfinin Ruben Vardanyanın azad edilməsi məsələsini müzakirə edib-etməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Bilirsiniz, mən Ermənistan vətəndaşı olmayan Ruben Vardanyanın Azərbaycan həbsxanasında olması ilə bağlı məsələnin Ermənistan-Azərbaycan təmasları zamanı gündəmə gəlib-gəlmədiyini görməmişəm. İndi mənə bu məlumatı versəniz, bu barədə bilmək mənim üçün çox maraqlı və faydalı olar. Bir daha xatırladıram ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib və bunu açıq şəkildə edib. Ona görə də bu cür suallar Bakı və İrəvana ünvanlanmalıdır”, - Zaxarova bildirib.
O, vurğuladı ki, ümumilikdə Rusiya Federasiyası üçtərəfli sazişlərin həyata keçirilməsini həmişə dəstəkləyib, onun əsas elementi bütün həbs edilmiş şəxslərin azadlığa buraxılmasıdır.

Yada salaq ki, 2022-ci ilin sentyabrında Ruben Vardanyan Rusiyadan qanunsuz olaraq Qarabağa köçüb və noyabrın 4-də keçmiş xunta rejiminin oyuncaq “dövlət naziri” təyin edilib. 2023-cü il fevralın 23-də isə o, “tutduğu vəzifədən” azad edilib. 2023-cü ilin bir günlük antoterror əməliyyatından sonra - 27 sentyabrda - isə qandallanaraq Bakıya gətirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR