İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yumurta kəskin bahalaşdı - Antiinhisar Orqanı hərəkətə keçdi

1159 22.11.2023 22:43 Dünya A A

Rusiyada yumurtanın istehlak qiymətləri sürətlə bahalaşmağa davam edir.

Musavat.com “Rosstat”a istinadən xəbər verir ki, noyabrın 14-dən 20-dək olan həftə ərzində Şimal qonşumuzda süfrə yumurtası 4,5 faiz bahalaşıb.

Bu məhsulun qiymətində bir həftə əvvəl 3,4 faiz, ondan əvvəlki həftə isə 2,4 faiz artım qeydə alınıb. İlin əvvəlindən yumurta 30,9 faiz bahalaşıb. Bu göstərici ilə yumurta qiymətləri müvafiq olaraq 41,6 faiz və 44,6 faiz bahalaşan pomidor və banandan sonra qida sektorunda ən yüksək artım nümayiş etdirib.

Ölkənin 50 rayonunda yumurtanın qiyməti 0,2-5 faiz, 32-də 5,1-11,8 faiz artıb.

Federal Antiinhisar Xidməti (FAS) yumurta qiymətlərindəki artım sürətinə diqqət yetirib. Topdansatış seqmentində qiymət artımı ilə əlaqədar 12 toyuq yumurtası və toyuq əti istehsalçısı ilə bağlı kartel sövdələşməsi ehtimalı ilə yoxlamalara başlayıb. Bura Tümen, Leninqrad, Nijni Novqorod, Belqorod, Novqorod, Omsk, Tambov, Rostov vilayətləri, Tatarıstan və Stavropol diyarının quşçuluq müəssisələri daxildir.

Bundan əlavə, FAS 10 federal pərakəndə satış şəbəkəsinə toyuq yumurtasının orta çəkili alış və pərakəndə satış qiymətlərinin həftəlik dinamikası haqqında məlumat vermək üçün sorğular göndərib.

“Rosstat”ın məlumatına görə, oktyabr ayında yumurta ölkə üzrə bəzi meyvə və tərəvəz növləri istisna olmaqla, ərzaq qiymətlərinin artımında lider olub. Sentyabr ayı ilə müqayisədə 13,1 FAİZ, ilin əvvəlindən 18,7 faiz, illik ifadədə 23,9 faiz bahalaşıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR