İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrantlara qarşı kütləvi reydlər başlayıb - FOTO/VİDEO

1036 27.03.2024 19:19 Son xəbər A A

Rusiyanın Moskva vilayətində miqrantlara qarşı kütləvi reydlər başlayıb.

Bu barədə "Mash" teleqram kanalı məlumat verib.

Elektrostalda yerləşən "Wildberries" anbarına Rusiya Qvardiyası və polis əməkdaşları yoxlama aparıblar. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları bazar işçiləri arasında qeyri-qanuni mühacirləri axtarıb.

Məlumata görə, 15 nəfər saxlanılıb. 

Qeyd edək ki, "Wildberries" anbarının ən azı 5 min işçisi polisin nəzarətindən keçib. Onların bəziləri qapalı yerdə, bəziləri isə açıq havada sorğu-sual edilib. İşçilərin əmək patentləri, yaşayış icazələri və hərbi vəsiqələri yoxlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR