İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada LGBT hərəkatı ekstremist elan olunur

386 01.12.2023 12:27 Dünya A A

Rusiya Ali Məhkəməsi LGBT hərəkatını ekstremist birlik kimi tanıyıb və onun ölkədə fəaliyyətini qadağan edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi daha əvvəl LGBT hərəkatını qadağan etmək üçün məhkəməyə müraciət etmişdi.

Hakim Ədliyyə Nazirliyinin LGBT hərəkatının ekstremist kimi tanınması ilə bağlı iddiasınə təmin edib və bildirib ki, məhkəmə qərarı dərhal icra edilməlidir.

Media qeyd edir ki, işdə gizli materiallar olduğu üçün məhkəmə qapalı keçirilib, cavabdeh tərəfin nümayəndələri məhkəməyə gəlməyiblər.

Ədliyyə Nazirliyinin təqdim etdiyi sübutların tədqiqi məhkəməni təxminən dörd saat çəkdi, bundan sonra qərarın əsas hissəsi elan edilib.

Nazirliyin iddia ərizəsində qeyd edilir ki, hərəkatın Rusiya Federasiyası ərazisində fəaliyyətində ekstremist yönümlülüyün müxtəlif əlamətləri və təzahürləri, o cümlədən sosial və dini nifrətin qızışdırılması müəyyən edilib.

Euronews-un qeyd etdiyi kimi, əslində belə bir təşkilat yoxdur, lakin bundan sonra qanun cinsi orientasiyası fərqli olan insanların hüquq və azadlıqlarına qarşı ayrı-seçkilik edəcək.

Rusiya məhkəməsinin aydın nizamnaməsi və strukturu olan bir qurum təşkil etməyən insan qruplarına qarşı qadağa tətbiq etməsi ilk dəfə deyil.

Bundan əvvəl Rusiya Federasiyası LGBTQ icması ilə bağlı iki repressiv qanun qəbul etmişdi - cinsin dəyişdirilməsinin təbliği və qadağan edilməsi haqqında.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR