İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada kursantlar təlim keçməyə təyyarə tapmır

663 31.03.2023 19:06 Region A A

Omskdakı uçuş kollecinin kursantları təcrübə keçə bilmədiklərinə görə 2022-ci ildə məzun ola bilməyiblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, işə Baş Prokuroqluq qarışmalı olub. Çünki tələbələrdən biri məhz prokurorluğa müraciət edib.

Prokurorluq “təyyarə çatışmazlığı”nın olduğunu müəyyələşdirib və kursantların xarici təyyarələr üçün lazım olan ehtiyat hissələrinin olmaması səbəbindən təlimləri başa çatdıra bilmədiyini təsbit edib. Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ona tətbiq olunan sanksiyalar səbəbindən ölkəyə təyyarə hissələri gətirilmir.

Baş Prokurorluq buna görə də kommersiya aviaşirkətindən öz təyyarələrini pilotların ixtiyarına verməsini tələb edib. Yalnız bundan sonra Omsk Kollecinin 54 kursantı təlim və uçuş təcrübələrini tam şəkildə başa vurublar. Bununla bağlı Rusiya Baş Prokurorluğu xüsusi məlumat yayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR